Yol polisi sürücülərin işini lap asanlaşdırdı

Day.Az представляет новость на азербайджанском языке

Sürücülərin öz cərimələri haqqında məlumat əldə etmək imkanları genişlənir

Day.Az Xezerxeber.com-a istinadən bildirir ki, sürücülər törətdikləri qayda pozuntuları, onlar barəsində tərtib edilmiş protokollar, eləcə də avtomobilləri haqqında daha ətraflı məlumat əldə etmək bir qədər də asanlaşıb. Belə ki, Daxili İşlər Nazirliyinin elektron ödənişlər sistemində yeniliklər edilib. Eyni zamanda Baş Dövlət Yol Polisi İdarəsinin elektron informasiya sistemində yeni elektron xidmət yaradılıb. Sürücülərin öz cərimələri haqqında məlumat əldə etmək imkanları genişlənir. Bu məqsədlə Daxili İşlər Nazirliyinin elektron ödənişlər sistemində dəyişikliklər edilib.

Bununla yanaşı Baş Dövlət Yol Polisi Şdarəsinin mərkəzi informasiya sistemində yeni elektron xidmət kabineti də yaradılıb. Sistemə daxil olmaq üçün e-xidmet.mia.gov.az və e-payment.mia.gov.az linklərində daxil olub qeydiyyatdan keçməlidirlər. Yeni elektron xidmət kabineti asan ödəniş sistemindən daha geniş olması ilə fərqlənir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.