Yol polisinin yazdığı cəriməni hissə-hissə ödəmək olarmı?
Day.Az представляет новость на азербайджанском языке
Yol hərəkəti qaydalarını pozduqlarına görə inzibati qaydada məsuliyyətə cəlb edilərək barələrində cərimə yazılmış sürücülər cərimə məbləğlərini tam şəkildə ödəməlidirlər.
Milli.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev sürücülərin yol polisi tərəfindən edilmiş cərimələrin hissə-hissə ödənilməsi ilə bağlı müraciətlərinə cavab olaraq bildirib.
Şöbə rəisinin sözlərinə görə, cərimələr hissə-hissə ödənilə bilməz: "Cərimə qanunvericilikdə müəyyən edilmiş vaxtda ödənilmədikdə cərimə məbləğinin üstünə hər gün 1 faiz dəbbə pulu gəlir. Əgər cərimə ödənmirsə və məbləği artırsa, o zaman sürücünün idarə edərkən qayda pozuntusuna yol verdiyi həmin avtomobilin saxlanması barəsində qərar qəbul edilir. O zaman sürücü avtomobili yolda idarə edə bilməyəcək. Əgər idarə etsə, polis əməkdaşı onu saxlayıb avtomobili mühafizə olunan müvəqqəti duracağa aparacaq. Ta ki cərimə və dəbbə pulu tam ödənilməyincə avtomobil duracaqdan buraxılmır. Ona görə də sürücülərə tövsiyə edilir ki, cərimələri vaxtında ödəsinlər".
K.Əliyev əlavə edib ki, sürücü həmin avtomobili idarə etməsə, həyətdə və ya haradasa başqa yerdə saxlasa, onun barəsində tədbir görülmür. Lakin artıq nəqliyyat vasitəsinin saxlanması barədə qərar qəbul olunubsa, o zaman cərimə məbləğinin ödənilməməsi səbəbindən həmin nəqliyyat vasitəsi hətta yolun kənarında dayanmış vəziyyətdə olsa belə, aparılıb duracağa yerləşdirilə bilər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре