Cəzaların sərtləşməsinin yol qəzalarının statistikasına təsiri

Day.Az представляет новость на азербайджанском языке

Qanunvericilikdə yol hərəkəti qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsi və yollarda hərəkətin təhlükəsizyinin təmin edilməsi ilə bağlı yol polisinin gördüyü tədbirlər artıq öz müsbət nəticəsini verir.

Bu barədə Milli.Az-a açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisi Milli.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu ilin yanvarın 1-dən 11-dək paytaxtın inzibati ərazisində 174 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 33 nəfər ölüb, 208 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Müsbət məqam isə odur ki, ötən illə müqayisədə həm hadisələrin, həm də ölüm və xəsarət faktlarının sayı xeyli azalıb: "Ötən ilin eyni dövrü ilə müqayisədə hadisələrin sayı 52 (226), ölüm 42 (75) fakt, xəsarət isə 34 (242) fakt azalıb".

Lakin V.Əsədovun sözlərinə görə, narahatedici məqamlar da var: "Bizi narahat edən odur ki, yenə də piyadavurmaların sayı çoxluq təşkil edir. Belə hadisələrin 51,6 faizi piyadavurma ilə bağlı olub. Yəni ölən 33 nəfərdən 18-i məhz piyadalar olub. Hadisələrin 47 faizi sürət həddinin aşılması, 26 faizi isə təhlükəli manevretmə, yolayrıcını keçmə qaydalarını pozma və qarşı hərəkət zolağına çıxma nəticəsində baş verib".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.