Avtomobillərdə İNANILMAZ YENİLİK
Day.Az представляет новость на азербайджанском языке
Koreya Respublikası gələn ildən avtomobillərin yan güzgülərinin kameralarla əvəzlənməsi işini həll etmək üçün yol təhlükəsizlik qaydalarını yenidən nəzərdən keçirəcək. Day.Az report-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinin bəyanatında deyilir. Güman edilir ki, avtomobilin korpusunda yan güzgülərin ixtisarı yanacaq sərfinin 10% azalmasına imkan verəcək. Belə ki, yan güzgülər olmadan küləyin müqavimətinin azalacağı iddia edilir. Nazirlik, həmçinin yan güzgülərin kamera və monitorlar sistemi (CMS) ilə əvəz edilməsinin yol qəzalarının sayının azalmasına da yardım edəcəyinə ümidvardır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре