Gənc intellektuallar zirvəyə doğru

Day.Az представляет новость на азербайджанском языке

"İrəli" İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Azərbaycanın İntellektual Birincisi" layihəsinin  dekabr ayının 3-də və 4-də Sumqayıt, Mingəçevir, Quba və Şəmkir regional turnirləri yekunlaşıb.

Təşkilatdan Milli.Az-a bildiriblər ki, layihə çərçivəsində dekabr ayının 3-də Abşeron, Sumqayıt, Xızı rayonlarının gənc intellektuallarının iştirakı ilə Sumqayıtda, Mingəçevir, Ağdaş, Bərdə, Göyçay Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarının gənc intellektuallarının iştirakı ilə Mingəçevirdə, dekabr ayının 4-də Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Naftalan, Samux, Tovuz rayonlarının gənc intellektuallarının iştirakı ilə Şəmkirdə, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonlarının gənc intellektuallarının iştirakı ilə isə Qubada turnir keçirilib.

"Azərbaycanın İntellektual Birincisi" layihəsinin açılış mərasimindən sonra 4 intellektual oyuna ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni tanı") start verilib. Sumqayıt şəhərində keçirilən regional seçim turunda "Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni tanı" intellektual oyunlarında Abşeron rayonunun gənc intellektualları qalib olublar.

Mingəçevir şəhərində keçirilən regional seçim turunda "Nə? Harada? Nə zaman?", "Axtar-tap" intellektual oyunlarında Mingəçevir şəhəri, "Vətəni tanı" intellektual oyununda Zərdab rayonu, "Xəmsə" intellektual oyununda Ağdaş rayonunun gəncləri qlələbə qazanıblar.

Quba rayonunda keçirilən regional seçim turunda "Xəmsə", "Axtar-tap" oyunlarında Quba rayonu, "Vətəni tanı" üzrə Xaçmaz rayonu, "Nə? Harada? Nə zaman?" oyununda isə Şabran rayonunun intellektualları qalib olublar.

Şəmkir rayonunda keçirilən turnirdə "Vətəni tanı", "Nə? Harada? Nə zaman?" üzrə Samux rayonu, "Axtar-tap" üzrə Tovuz rayonu, "Xəmsə" üzrə isə Göygöl rayonunun gəncləri birinci olublar.

Qalib komandalar Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif ediliblər.

Qeyd edək ki, Dağlıq Qarabağ və Bakı şəhəri rayonlarının gənc intellektualları dekabrın 10-11-i tarixlərində yarışacaqlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.