https://news.day.az/azerinews/886624.html Tramp dollardan danışdı - Dəyəri düşdü

Tramp dollardan danışdı - Dəyəri düşdü

Azərbaycanca, 13 апреля 2017 14:20 (UTC +04:00) 1 547
Tramp dollardan danışdı

Day.Az представляет новость на азербайджанском языке

ABŞ prezindenti Donald Tramp dolların dəyərindən danışıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, lider "The Wall Street Journal"a müsahibəsində dollar mövzusuna toxunub. Bu valyutanın çox gücləndiyini deyən Tramp FED-in faiz dərəcəsini aşağı saxlayacağına ümid etdiyini bildirib.

O, "Düşünürəm ki, dollar çox güclənir və bu, mənim günahımdır. Çünki insanlar mənə etibar edirlər. Amma bu, ziyandır, son nəticədə pis təsir göstərəcək" deyib. Daha sonra Tramp bildirib ki, dolların güclənməsinin müsbət cəhətləri var, amma əsas üstünlük, sadəcə, "güclü dollar" ifadəsinin yaxşı səslənməsidir. 

Prezindentin sözlərindən sonra Asiya bazarlarındakı valyutalarda ciddi dəyişiklik baş verib və dolların məzənnəsi enməyə başlayıb.

Analitiklər isə bunu müvəqqəti hesab edirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости