https://news.day.az/azerinews/938732.html Qəbələ sakini qaçırdığı maşınla 4 avtomobili və iki piyadanı vurdu Day.Az представляет новость на азербайджанском языке Qəbələ sakini qaçırdığı maşınla 4 avtomobili və iki piyadanı vurub. Day.Az DİN-ə istinadən xəbər verir ki, oktyabrın 5-də saat 2 radələrində DİN-in "102 Zəng Xidməti"nə Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub.

Qəbələ sakini qaçırdığı maşınla 4 avtomobili və iki piyadanı vurdu

Azərbaycanca, 6 октября 2017 13:52 (UTC +04:00) 891
Qəbələ sakini qaçırdığı maşınla 4 avtomobili və iki piyadanı vurdu

Day.Az представляет новость на азербайджанском языке

Qəbələ sakini qaçırdığı maşınla 4 avtomobili və iki piyadanı vurub.

Day.Az DİN-ə istinadən xəbər verir ki, oktyabrın 5-də saat 2 radələrində DİN-in "102 Zəng Xidməti"nə Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub. 

Hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və Bakı şəhər sakini Fərid Quliyevə məxsus "Mercedes" markalı avtomobilin Mərdanov qardaşları küçəsindən qaçırıldığı müəyyən edilib. Görülmüş tədbirlərlə avtomobil Ə.Topçubaşov küçəsində əzilmiş vəziyyətdə aşkar edilib. 
Araşdırmalarla avtomobili qaçıran şəxsin Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Alməmmədov olması müəyyən edilib və o saxlanılıb. 

Həyata keçirilən tədbirlərlə o da müəyyən edilib ki, V.Alməmmədov sərxoş vəziyyətdə həmin avtomobili idarə edərkən Ə.Hüseynzadə küçəsində yolun kənarında dayanmış "KİA", "Mercedes", "Opel" və "Dacia" markalı 4 avtomobili, habelə yolu keçən paytaxt sakinləri Soltan Rəhmanovu və Asif Təhməzovu vurub. Xəstəxanaya yerləşdirilən S.Rəhmanova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, A.Təhməzovun vəziyyəti qənaətbəxşdir. 
Faktla bağlı Nəsimi RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости