"Sənin üçün darıxmışam..."

Day.Az представляет новость на азербайджанском языке

"ARB Ulduz"un "Virtual həyat" proqramının növbəti qonağı müğənni Elçin Cəfərov olub.

Day.Az bildirir ki, o, ilk olaraq ata-oğul münasibətlərinin şirin və əyləncəli məqamlarınından danışıb:

"Əvvəllər mənə deyəndə ki, səni çox istəyirik, hər zaman belə şeylərdən sıxılırdım. Yaxud mənə deyəndə ki, darıxmısan mənim üçün? Bu kimi sözlərdən heç vaxt xoşum gəlməyib. Əgər insan darıxırsa, özü deməlidir. İndi danışmayan uşağa deyirəm ki, mən sənin üçün darıxmışam, darıxmısan mənim üçün? Deyirəm ki, nə oldu bəs? Sənin bu sözdən xoşun gəlmirdi axı".

Övladından danışdıqca sakitləşən, rahatlaşan, mimikaları dəyişən müğənni oğlundan ürəkdolusu danışıb:

"Qucağımda gəzdirirəm. Məni görən kimi uzanan uşaq belini qaldırır. Bilir ki, mən gəlib bunu qucağıma götürəcəm. Evdə qucağa götürməyə öyrəşdirmirlər. Ancaq mən gələndə belini qaldırır ki, əlimi salım qucağıma götürüm".

 

Elçin Cəfərovla olan geniş reportajı bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: