Pivə içmək üçün gecəni soyuducuda keçirdi, səhər isə...
Day.Az представляет новость на азербайджанском языке
Amerikanın Viskonsi ştatının Marşfild əyalətinin 38 yaşlı sakini Ceremi Van Ert alkoqollu içki ilə dolu buzxanada sabahlayıb.
Publika.az xəbər verir ki, bir neçə cinayətdən mühakimə edilən Ceremi alkoqollu içkidən uzaq duracağını söz verərək şərti olaraq azadlığa buraxılmışdı.
Daily Mail nəşri yazır ki, ştat qanunlarına əsasən spirtli içkilərin pərakəndə satışı üçün konkret vaxt təyin edilib. Şərabların axşam saat 9-dan səhər saat 6-ya, pivələr isə gecə saat 12-dən səhər saat 6-ya qədər satışı qadağandır.
Ceyms soyuducunun bağlanmasına 10 dəqiqə qalmış gizli şəkildə mağazaya girib və səhərə qədər buzxanada pivə içib. Səhərə qədər pivə içən Ceremi soyuducunun qapısı açılan kimi özü ilə 18 butulka pivə də götürərək qaçıb.
Polis onu qaydalara riayət etmədiyi üçün yenidən saxlayaraq həbsxanaya göndərib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре