"Çılpaq fotolarımı yayan ərimdir" - FOTO
Day.Az представляет новость на азербайджанском языке
"Survivor" yarışması ilə məşhurlaşan atlet Nagihan Karadere internetdə yayılan çılpaq fotolarına görə keçmiş əri Uğur Gökçeni ittiham edir.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, idmançı bununla bağlı artıq məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Nagihanın çılpaq şəkillərinin yayılmasından sonra eks-həyat yoldaşı açıqlama verərək ona təhqiramiz ifadələr işlədib.
Karadere isə ailəli olarkən həin fotoları Gökçeyə göndərdiyini və onların sosial şəbəkələrdə eks-əri tərəfindən yayıldığını bildirib. Uğuru "çılpaq fotolarımı yayan ərimdir" iddiası ilə məhkəməyə verən Nagihan onun tərəfindən hədələndiyini və şantaj olunduğunu da söyləyib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре