Şəbnəm: "Təmiz ad bu sənətdə irəli getməyə qoymur"
Day.Az представляет новость на азербайджанском языке.
Əməkdar artist Şəbnəm Tapdıq incəsənətdə təmiz adla irəliləməyin mümkün olmadığını deyib.
Milli.Az axşam.az-a istindən xəbər verir ki, o, bu haqda "Hər şey daxil" verilişində danışıb:
"Təmiz ad insanın bəzəyidir, amma bu sahədə irəli getməyə qoymur. Bu sənətin yolu belədir. Gərək kimsə sənin əlindən tutsun. Məni həmişə irəli aparanım atam və atamın çevrəsi olub. Şövkət Ələkbərova mənə özü bu səhnəyə vəsiqə verib. Şövkət Ələkbərovaya bir mahnımı aparmışdım ki, mənim bəstəmi oxusun. Birdən atama dedi ki, "Bu nə yaxşı zümzümə edir". "Çilə bülbülüm" oxuyanda Şövkət xanım əlini alnına aparıb dedi: "İlahi bu nə gözəl oxuyur". Şövkət xanım həmişə mənə dəstək olub".
Qeyd edək ki, Şəbnə Tapdıq şair İlyas Tapdığın qızıdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре