https://news.day.az/azerinews/946522.html "Qoca"nı qaçıran Günay kimdir? Day.Az представляет новость на азербайджанском языке. "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsxanadan qaçmağına kömək etməkdə təqsirləndirilərək həbs edilən Günay Atakişiyeva barəsində detallar məlum olub.

"Qoca"nı qaçıran Günay kimdir?

Azərbaycanca, 31 октября 2017 20:39 (UTC +04:00) 5 513
"Qoca"nı qaçıran Günay kimdir?

Day.Az представляет новость на азербайджанском языке.

"Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsxanadan qaçmağına kömək etməkdə təqsirləndirilərək həbs edilən Günay Atakişiyeva barəsində detallar məlum olub.

Milli.Az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, Sumqayıt şəhər sakini və evdar qadın olan Günay Atakişiyeva könüllü olaraq "Qoca"nın qaçmağını təşkil edib. O, Nəsimi rayon Məhkəməsində özünü təqsirli bildiyini deyib.

Təxminən 30 yaşlı subay qadın "Qoca"nı əvvəldən tanıdığını deyib. O bildirib ki, bu əməlini pul və ya hər hansı başqa qarşılıq müqabilində yox, sadəcə tanışı Etibara kömək etmək istədiyi üçün edib.

G.Atakişiyeva hazırda "Qoca"nın yerini və harda ola biləcəyini bilmədiyini deyib: "Bizi tutub gətirdilər, o da qaçıb getdi. Sonra da mənimlə əlaqə saxlamayıb".

 

G.Atakişiyeva barəsindəki həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verməyəcəyini bildirib.

Qeyd edək ki, Günay Atakişiyeva taksi tutaraq "Qoca"nı Qazaxda sərhəddən keçirtməyə cəhd edib. Rayon ərazisində maşınların yoxlanılması zamanı E.Məmmədov düşüb qaçıb, o isə ələ keçib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости