İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı təsdiqləndi

Prezident İlham Əliyev "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiqi və "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə
Fərman imzalayıb.

Fərmana əsasən, "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı" təsdiq edilir (əlavə olunur).

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.

Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş siyahının 1-26 və 44-53-cü hissələri 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Fərmanla "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ləğv edilir.