https://news.day.az/officialchronicle/1366065.html İsmayıllıda yol tikintisi üçün 5,6 milyon manat ayrılıb - SƏRƏNCAM

İsmayıllıda yol tikintisi üçün 5,6 milyon manat ayrılıb - SƏRƏNCAM

Официальная хроника, 30 июля 2021 15:05 (UTC +04:00) 700
İsmayıllıda yol tikintisi üçün 5,6 milyon manat ayrılıb

Prezident İlham Əliyev İsmayıllı rayonunun Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 5,6 milyon (beş milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости