Azər Axşam "Xəzər"dən niyə gedib?

Day.Az представляет новость на азербайджанском языке.

Teleaparıcı Azər Axsam Xəzər televiziyasından getməyinin səbəbini açıqlayıb.

Gecce.az-a açıqlama verən aparıcı bunları qeyd edib:

"Bildiyiniz kimi mən illər öncə ATV kanalında işləmişəm. Müqavilə ilə 3 illik Xəzər TV-yə dəvət aldım və dəyərləndirdim. Anlaşma bitdi və kanladan ayrıldım. Yenidən ATV-yə döndüm. Burada heç bir qalmaqal və ya söz-söhbət ola bilməz. Gedişim və gəlişim isə sırf biznes maraqlarına əsasən olub. ATV-də məni digər kanallardan daha çox bağlayan doğmalıqdır. Buradakı hər kəs mənim dostumdur. Yeni verilişim Mətanət Əliverdiyeva ilə birlikdədir. Həftə içi hər gün, saat 5-dən 7-ə kimi nəzərdə tutulub."

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.