Azərbaycan travmatoloqlar və ortopedlərin I Qurultayı keçirilmişdir - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

17-18 may 2014-cü il tarixdə Hyatt Regency Bakı otelində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təşkilatı ilə Azərbaycan travmatoloqlar və ortopedlərin I Qurultayı keçirilmişdir.
 

Qurultayı giriş sözü ilə Səhiyyə Tibbi profilaktika şöbəsinin müdir müavini Yusif Babayev açaraq son onillikdə ölkə başçısı möhtərəm İlham Əliyev cənablarının səhiyyəyə göstərdiyi qayğı və səhiyyədə aparılan islahatlar və uğurlu nəticələrdən bəhs etdi.
 

Qurultayın sədri, səhiyyə nazirliyinin baş travmatoloqu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, professor Vaqif Verdiyev vurğuladı ki, qurultayın əsas məqsədlərindən biri Səhiyyə Naziri O.Şirəliyevin tapşırığı ilə ölkədə bu sahə üzrə vəziyyəti təhlil etmək bu günün kadr potensialını bütün ölkə ərazisində səmərəli istifadə edərək vətəndaşlara yüksək səviyyəli ixtisaslaşmış yardım yalnız paytaxtda və böyük şəhərlərdə deyil, həmçinin bölgələrdə də təşkil etməkdir. Cari qurultaya yalnız ölkədə çalışan mütəxəssislər dəvət edilmişdir ki, bu böyük ortopedlər ailəsinin uğurları və problemləri haqda ətraflı söhbət edərək, gələcək inkişaf yolu müəyyənləşdirilsin. Bu məqsədlə Gəncə, Sumqayıt, Lənkəran, Naxçıvan MR və digər regionlarda çalışan travmatoloq-ortopedlərin bölgələrdəki vəziyyət və çatmamazlıqlarla bağlı məruzələri dinlənildi. Bölgələr üzrə aparılan işlər barədə hesabatlar verildi.

Hal-hazırda Azərbaycanda 100-dən artıq, əsasən Türkiyə və digər ölkələrdə rezidentura (təhsilini) bitirmiş istedadlı mütəxəssislər çalışır və innovasion texnologiyaların tətbiqi sahəsində mühüm işlər görür.
 

Artıq 3 ildir ki, Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda dünya standartlarına uyğun olan rezidentura təhsil sisteminin təşkili və inkşaf yolları müzakirə edildi.
 

Bu işlərin görulməsi istiqamətində ETTOİ SN baş müəsisəsi kimi üzərinə düşən bütün problemlərin həllində köməklik göstərməyə hazır olduğu bildirildi.
 

Bu əlaqələri daha da səmərəli etməsində SN tərəfindən yaradılan elektron səhiyyə şəbəkəsinin imkanları da özəlliklə vurğulandı.

260-a yaxın paytaxt, regionlardan, dövlət və özəl sektorda çalışan travmatoloq və ortopedlərin iştirakı ilə keçirilən qurultayda 50-dən çox çıxış və məruzələr dinlənildi.
 

Qurultay öz işini yekun qərarın verilməsi və plaket vermə mərasimi ilə uğurla yekunlaşdırdı. Bütün iştirakçılar bu tədbirin çox səmərəli, travmatologiya və ortopediyanın gələcək inkişafı üçün taleyüklü olmasını təsdiq etdilər və hər 3 ildən bir belə qurultayların çağırılmasına səs verdilər.

Böyütmək üçün şəkillərə klikləyin.