Bu sürücüləri şok cəza gözləyir - YENİ QƏRAR - VİDEO
Day.Az представляет новость на азербайджанском языке.
Avtoxuliqanlar üçün elə bir məbləğdə cərimə təklif olunur ki, həmin pula yeni maşın da almaq olar. Yeni təkliflər qəbul olunsa marşrut avtobuslarını sürücülük vəsiqəsi olmadan idarə edənlər də sərt cəzalandırılacaqlar. Milli.Az bildirir ki, "Xəzər Xəbər" Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq yeniliyin təfərrüatları ilə maraqlanıb.
Avtoxuliqanlıq edənlər sürdükləri avtomobilin qiyməti qədər cərimə ödəməli olacaqlar. Milli Məclisə təqdim edilən təkliflər qəbul olunsa avtoxuliqanlar 2 min manatdan 4 min manatadək cərimə olunacaq və nəqliyyat vasitəsi idarə etməkdən 2 il müddətinədək məhrum ediləcəklər.
Təklifin ikinci variantında 2 ayadək inzibati həbs cəzasının tətbiqi də var. Ancaq mütəxəssislər avtoxuliqanlıq edən şəxslərə qarşı tədbirlər görülərkən bəzi məqamların xüsusilə nəzərə alınmasını vacib hesab edirlər.
Hazırkı qanunvericiliyə görə avtoxuliqanlıq edənlər 400 manatdan 600 manatadək cərimə olunur, sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılır və 15 sutka inzibati həbslə cəzalandırılır.
Marşrut avtobuslarını idarə etmək hüququ olmayan şəxslərə də cəzaların sərtləşdirilməsi təklif olunub. Belə şəxslər ilk hadisədə 15 sutkadan bir ayadak, təkrar törədildikdə 1 aydan 2 ayadək, sağlamlığa xəsarət yetirilməsinə səbəb olduqda isə 2 aydan 3 ayadək inzibati həbs cəzasına məhkum ediləcəklər.
Hər iki təklif Milli Məclisin oktyabrın 20-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре