İstanbulda Xocalı soyqırımı ilə bağlı tədbir
Day.Az представляет новость на азербайджанском языке
İstanbulda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.
APA-nın məlumatına görə, Xocalı soyqırımının 24-cü iliylə bağlı İstanbulda tədbir keçirilib.
İstanbul bələdiyyəsi mədəniyyət idarəsinin iclas salonunda keçirilən tədbiri açan İstanbul-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin (İSTAD) başqanı Səfər Qaraqoyunlu ermənilərin işğalçılıq və soyqırım siyasətinə qarşı Azərbaycan və Türkiyənin birlikdə ayağa qalxmağa çağırıb.
Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsul əvəzi Esmira Hüseynova da çıxış edib və Xocalı soyqırımı ilə bağlı geniş məlumat verib.
O, Azərbaycanın səyləri nəticəsində dünyanın bəzi ölkələrinin parlamentləri, ABŞ-ın 20 ştatı, İslam Konfransı Təşkilatı kimi beynəlxalq qurumlar bu soyqırımı tanıyıb: "Biz Xocalı faciəsinin dünyanın hər yerində soyqırım kimi tanınmasına nail olmalı və bununla da cinayəti törədənlərin haqq etdikləri cəzaları almalarının yolunu açmalıyıq"
Tədbir iştirakçıları İstanbul bələdiyyəsinin Türk dünyası parkında yerləşən Azərbaycan evində açılmış Xocalı soyqırımı sərgisinə də baxıblar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре