https://news.day.az/azerinews/794253.html Məşhur aktrisanın sümükləri sındı

Məşhur aktrisanın sümükləri sındı

Azərbaycanca, 22 июня 2016 17:24 (UTC +04:00) 722
Məşhur aktrisanın sümükləri sındı

Day.Az представляет новость на азербайджанском языке

Məşhur aktrisa Uma Turman məşq zamanı atdan yıxılaraq bir neçə sümüyünü sındırıb.

Day.Az anspress-ə istinadən bildirir ki, aktrisa dərhal xəstəxanaya aparılıb. Uma Turman əməliyyat olunub. Bundan sonra onun vəziyyəti stabilləşib.

Aktrisanın təmsilçiləri bildiriblər ki, U.Turman atın üzərində məşq edib. "Aktrisa atın üzərindən yıxılıb. At nədənsə qorxub". 

U.Turman bir neçə dəfə "Oskar" mükafatına namizəd olub. Lakin aktrisa 1 dəfə "Qızıl Qlobus"un və MTV Movie Awards mükafatının qalibi ola bilib. 

2005-ci ildə Turman Hollivudun ən çox qazanan aktrisalarından biri olmuşdu. Hər filmə görə 12,5 milyon dollar qazanıb.

2005-ci ildə "Lovğalan" ("Be Cool"), "Baş nazir" ("Prime") və "Prodüserlər" kimi filmlərdə rol alıb.

Növbəti il "Mənim möhtəşəm keçmiş sevgilim" ("My Super Ex-Girlfriend") filmində çəkilib. Aktrisanı məşhurlaşdıran film "Kriminal qiraət" və "Bili öldürmək" olub. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости