Cahangir Hacıyevin həyat yoldaşı axtarışa verildi

Day.Az представляет новость на азербайджанском языке
"Azərbaycan Beynəlxalq Banki" Açıq Səhmdar Cəmiyyətinin sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı axtarışa verilib.
Day.Az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu barədə "Azərbaycan Beynəlxalq Banki" Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurulmasi faktı üzrə cinayət təqibini həyata keçirən istintaq qrupu məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, "Beynəlxalq Bank işi" ilə bağlı C.Hacıyevə və digər 7 şəxsə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Zamirə Hacıyeva istintaqdan gizləndiyi üçün barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan olunub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре