https://news.day.az/azerinews/810521.html Sabah "Ulduz yağışı" olacaq - HAZIR OLUN!

Sabah "Ulduz yağışı" olacaq - HAZIR OLUN!

Azərbaycanca, 11 августа 2016 17:12 (UTC +04:00) 1 152
Sabah "Ulduz yağışı" olacaq

Day.Az представляет новость на азербайджанском языке

Bu ay Yer sakinlərini parlaq "ulduz yağışı" təəccübləndirəcək.

Perseida adlı ən güclü meteor axını artıq gecə səmasını işıqlandırmağa başlayıb.

Day.Az publika.az-a istinadən bildirir ki, Perseida meteor axını hər il avqust ayında baş verir. Ulduz düşməsi adətən 17 iyul - 24 avqust tarixlərində fəal olur. Beynəlxalq meteoroloji təşkilatın verdiyi məlumata görə, 12 avqust tarixində saat 22.15-dən 00.45-dək ulduz düşməsi fəallığının maksimal həddinə çatacaq. Nəticədə, meteorların sayı ötən illərə nisbətən 150-200-dək artacaq.
 
Qeyd edək ki, ulduz yağışı yer atmosferində xırda hissəciklərin yanması nəticəsində yaranır. Əksər meteor axınları kimi Perseida da kometa "quyruğunun" qalıqlarından yaranır. Kometa özü Yer kürəsinə yalnız 135 ildə bir dəfə yaxınlaşsa da bizim planetimiz onun "quyruğunun" arasından hər il keçir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости