Nadir Qafarzadə: "Kasıb olanda da xoşbəxt idim” Day.Az представляет новость на азербайджанском языке

Bu gün 44 yaşı tamam olan müğənni Nadir Qafarzadə "Gün üzü" verilişinin qonağı olub.

Qafqazinfo.az-ın məlumatına görə, sənətçi yaradıcılığında qazandığı uğurlara görə həyat yoldaşına təşəkkür edib: "Gənc müğənnilərin çoxu mənim yerimdə olmaq istəyir. İstəyirəm ki, onlar mənim yerimdə olsunlar, səviyyəmə çatsınlar, onların da məni sevənlər qədər sevənləri olsun, mənim qədər işlər görsünlər, ailəm kimi xoşbəxt ailə, qürur duyacaqları kimi həyat tərzi arzulayıram. Bəziləri deyir ki, pulum yoxdur, xoşbəxt deyiləm. Mən kasıb olanda da xoşbəxt idim. Çünki 22 ildir ki, mənimlə çiyin-çiyinə həyat yolunda irəliləyən həyat yoldaşım var. Həyat yoldaşım mənə tənə etməyib, çətin günlərimi üzümə vurmayıb. O cəngavər xanımdır. Məni tək qoymadı. Həyat yoldaşımın sayəsində indi fəxri kürsüdə əyləşmişəm".