https://news.day.az/society/614698.html
Şəmkirdə ot tayası yanaraq külə döndü
Bu gecə saat 01:00 radələrində Şəmkir rayonunun Qaracəmirli kəndində növbəti yanğın qeydə alınıb.
Kəpəz TV (Region TV) xəbər verir ki, kənd sakini Namiq Qasımova məxsus təsərrüfatda olan 10 tona yaxın ot bağlamasından 7 tonu yanaraq külə dönüb. Hadisə yerinə gələn iki yanğınsöndürmə briqadası 3 tona yaxın ot bağlamasını və ətraf tikililəri yanğından xilas edə bilib.
Xatırladaq ki, bu, son bir neçə ayda kənddə qeydə alınan sayca 9-cu yanğın hadisəsidir. Buna qədər kənd xəstəxanasında və körpələr evi-uşaq bağçasında, eləcə də fərdi təsərrüfatlarda müəmmalı yanğın hadisəsi qeydə alınıb.
Həmin vaxt olduğu kimi yenə də sakinlər yanğının qəsdən törədildiyini ehtimal edirlər. Hazırda yerli hüquq mühafizə orqanları və FHN-in əməkdaşları müəmmalı yanğınların baş vermə səbəblərinin araşdırılması istiqamətində iş aparır.
Şəmkirdə ot tayası yanaraq külə döndü

Day.Az представляет новость на азербайджанском языке.
Bu gecə saat 01:00 radələrində Şəmkir rayonunun Qaracəmirli kəndində növbəti yanğın qeydə alınıb.
Kəpəz TV (Region TV) xəbər verir ki, kənd sakini Namiq Qasımova məxsus təsərrüfatda olan 10 tona yaxın ot bağlamasından 7 tonu yanaraq külə dönüb. Hadisə yerinə gələn iki yanğınsöndürmə briqadası 3 tona yaxın ot bağlamasını və ətraf tikililəri yanğından xilas edə bilib.
Xatırladaq ki, bu, son bir neçə ayda kənddə qeydə alınan sayca 9-cu yanğın hadisəsidir. Buna qədər kənd xəstəxanasında və körpələr evi-uşaq bağçasında, eləcə də fərdi təsərrüfatlarda müəmmalı yanğın hadisəsi qeydə alınıb.
Həmin vaxt olduğu kimi yenə də sakinlər yanğının qəsdən törədildiyini ehtimal edirlər. Hazırda yerli hüquq mühafizə orqanları və FHN-in əməkdaşları müəmmalı yanğınların baş vermə səbəblərinin araşdırılması istiqamətində iş aparır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре