İmişlidə qatar maşını vurdu: 2 yaralı

Day.Az представляет новость на азербайджанском языке
İmişlidə qatarla avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Qəza axşam saatlarında İmişli rayonunun ərazisində Bəhrəmtəpə-Beyləqan dəmiryolunda baş verib. Məlumata görə, Füzuli rayonu Horadiz qəsəbəsi sakini, 27 yaşlı Elçin Rasim oğlu Ağayev tərəfindən idarə olunan "Mercedes" markalı avtomobillə dəmiryolunu keçməyə cəhd edərkən qatarla toqquşub. Qəza nəticədə sürücü və avtomobildə olan sərnişin Füzulu rayon sakini, 1986-cı il təvəllüdlü Tofiq Əhməd oğlu Süleymanov müxtəlif xəsarətlər alıblar. Hər iki yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре