"Vətəni, onun mədəniyyətini, ədəbiyyatını, qəhrəmanını, keçmişini bu qürurlu Azərbaycanın hər bir övladı, hər bir vətəndaşı ürəyi ilə sevməli, ağılı ilə qorumalı və bunu özünə borc bilməlidir. Bir klassiki tərənnüm etmək, onu tərif və vəsf etmək üçün musiqimizin sütunları - muğam və aşıq musiqisinin həmrəy olması gərəkdir".

Day.Az Publika.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova Sami Yusifin, xanəndə Təyyar Bayramov və aşıq Samirənin UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ilin 30 iyun tarixində Heydər Əliyev Mərkəzində keçirilmiş açılış mərasimində Nəsiminin "Sığmazam" kompozisiyası haqqında deyib.

O, sözügedən kompozisiyanı çox bəyəndiyini gizlətməyib:

"Bu gənc Sami Yusif və ona bu işdə dəstək olanlar bu işin öhdəsindən layiqi ilə gələ bildilər. Dahi Nəsimiyə muğamımızla, sazın, tarın, kamanın dili ilə haray oldular, hörmət gətirdilər və dünyaya tanıtdırdılar ki, əsl Azərbaycan, əsl Azərbaycan mütəfəkkiri və musiqisi budur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!