https://news.day.az/azerinews/1863028.html Kəlbəcərdə Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib - VİDEO Sentyabrın 27-də Anım Günü ilə əlaqədar saat 12:00-da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi Kəlbəcər şəhərində bir dəqiqəlik sükutla yad olunub. Anım Günü ilə əlaqədar Kəlbəcər şəhərinin mərkəzi dairəsində toplaşan iştirakçılar şəhidlərin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Kəlbəcərdə Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib - VİDEO

Azərbaycanca, 27 сентября 2026 14:53 (UTC +04:00) 210
Kəlbəcərdə Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib

Sentyabrın 27-də Anım Günü ilə əlaqədar saat 12:00-da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi Kəlbəcər şəhərində bir dəqiqəlik sükutla yad olunub.

Anım Günü ilə əlaqədar Kəlbəcər şəhərinin mərkəzi dairəsində toplaşan iştirakçılar şəhidlərin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Saat 12:00-da rayon ərazisində nəqliyyat və piyadaların hərəkəti dayandırılıb, avtomobillər tərəfindən səs siqnalları verilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində Kəlbəcər rayonu ictimaiyyəti, rayon ziyalıları, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri və rayon sakinləri iştirak ediblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости