Ermənistan COP34-ə ev sahibliyi etmək istəyir
Ermənistan 2029-cu ildə COP34 iqlim konfransına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.
Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Amenia Today" məlumat yayıb.
Ermənistanın ətraf mühit naziri Hambartsum Matevosyan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşündə ölkəsinin COP34 konfransına ev sahibliyi etmək üçün namizədliyini təqdim edib.
Danışıqlar Antalyada keçirilən COP31 konfransı çərçivəsində baş tutub. Tərəflər, həmçinin İrəvanda keçirilmiş BMT-nin Biomüxtəliflik Konvensiyasının COP17 konfransının nəticələrini müzakirə ediblər.
Ermənistanın COP34-ə ev sahibliyi etməsi ilə bağlı hələlik qərar qəbul edilməyib. 2029-cu ildə konfransa sədrliyin BMT-nin Şərqi Avropa Regional Qrupuna keçməsi nəzərdə tutulur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре