https://news.day.az/azerinews/1874397.html Bakının mərkəzində illərdir işləməyən eskalatorlar - FOTOREPORTAJ Bakının ən sıx hərəkət olan ərazilərində yerləşən yeraltı piyada keçidlərində eskalatorların işləməməsi sakinlər üçün ciddi narahatlıq yaradır.

Bakının mərkəzində illərdir işləməyən eskalatorlar - FOTOREPORTAJ

Azərbaycanca, 14 ноября 2026 15:42 (UTC +04:00) 205
Bakının mərkəzində illərdir işləməyən eskalatorlar

Bakının ən sıx hərəkət olan ərazilərində yerləşən yeraltı piyada keçidlərində eskalatorların işləməməsi sakinlər üçün ciddi narahatlıq yaradır. Xüsusilə Heydər Əliyev adına parkın ərazisidə və "Elmlər Akademiyası" metrostansiyasının yaxınlığında, o cümlədən Bakı Dövlət Universiteti istiqamətindəki keçidlərdə bu problem piyadaların gündəlik hərəkətini çətinləşdirir.

Həmin ərazilərdən gün ərzində çoxsaylı tələbələr, şəhər sakinləri və qonaqlar istifadə edirlər. Eskalatorların işləməməsi isə xüsusilə uşaqlı valideynlər, uşaq arabası ilə hərəkət edənlər, yaşlı insanlar və hərəkət imkanları məhdud şəxslər üçün əlavə çətinlik yaradır. Onlar yeraltı keçidlərdə pilləkənlərlə qalxıb-enməyə məcbur olurlar.

Bəzi keçidlərdə eskalatorların illərdir fəaliyyət göstərməməsi və problemin uzun müddət həllini tapmaması vətəndaşların narazılığına səbəb olur. Sakinləri eskalatorların nə üçün bu qədər uzun müddət işləmədiyi və nə zaman yenilənəcəyi maraqlandırır.

Bəs paytaxtın ən sıx ərazilərindəki yeraltı keçidlərdə eskalator problemi nə vaxt həllini tapacaq?

Day.Az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yeraltı piyada keçidlərindəki 76 eskalator dəyişdiriləcək.

Qurumdan qeyd edilib ki, yeraltı piyada keçidlərində yerləşən eskalatorlar keçidlərlə birlikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansındadır.

"Dövlət tərəfindən qəbul edilən qərara uyğun olaraq noyabr ayından etibarən eskalatorların dəyişdirilməsi üçün hazırlıq işlərinə başlanılıb. Hazırlıq işləri başa çatdıqdan sonra 76 eskalatorun yenilənməsi prosesi həyata keçiriləcək. Dəyişdirilən və təhvil-təslim prosesi başa çatan eskalatorlar Bakı Şəhər İcra Hakimiyyətinin balansına veriləcək", - deyə qurumdan bildirilib.

Qeyd edək ki, eskalatorların yenilənməsi xüsusilə şəhərin sıx piyada hərəkəti olan ərazilərində vətəndaşların rahatlığının təmin edilməsi baxımından əhəmiyyətlidir. Yenilənmə işlərinin başa çatması yaşlı insanların, uşaqlı valideynlərin və hərəkət imkanları məhdud şəxslərin yeraltı keçidlərdən istifadəsini asanlaşdıra bilər.

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) ünvanladığımız sorğuya isə cavab verilməyib.

  • Bakının mərkəzində illərdir işləməyən eskalatorlar

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости