https://news.day.az/azerinews/1155427.html Novxanıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Novxanıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Azərbaycanca, 12 сентября 2019 12:18 (UTC +04:00) 522
Novxanıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Dayı.Az-a veirlən məlumata görə, Abşeron rayonu Novxanı qəsəbəsində keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini İsrafil Aslanov tutulub. Onun yaşadığı evəin yardımçı otaqlarından birinə baxış zamanı xüsusi qulluq edilərək yetişdirilən çətənə kolları və ümumi çəkisi 4 kiloqram 35,483 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq İ.Aslanovun yaşadığı evə baxış zamanı isə oradan əlavə 34 bükümdə satış üçün hazır qablaşdırılan 2,450 qram heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində Novxanı qəsəbəsində narkotik vasitələri satışi ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı İ.Aslanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости