Yeni ildə “Premier Residence”də yeni mənziliniz olsun! Qiymətlər endirildi!

"Premier Residence" yaşayış kompleksi şəhərin mərkəzində, rahat və müasir həyat üçün ən əlverişli məkan olan  "Gənclik Mall" ticarət mərkəzi yaxınlığında yerləşir. "Prime House" daşınmaz əmlak şirkətinə bir zəng ilə binada satışda olan 2, 3, 4 və 5 otaqlı mənzillər ilə tanış olmaq və sərfəli şərtlərlə, arzuları real həyatda əks etdirəcək mənzili seçmək mümkündür.  Mənzillər 1m² 1,400 AZN-dan başlayan qiymətlərlə, nağd və 3 ilədək müddətə bank krediti ilə satılır.  

Yüksək keyfiyyətlə inşa edilmiş 11 mərtəbəli "Premier Residence"də sakinlərin komfortu üçün hər bir vacib detal düşünülüb. Geniş, işıqlı mənzillər, mərkəzi istilik sistemi, daimi işləyən kommunal xidmətlər, 24 saat mühafizə və video müşahidə ilə təchiz olunmuş bu binada axtardığınız rahatlığı tapacaqsınız! Həm yaşayış, həm də gələcəyə investisiya üçün uğurlu seçim olan "Premier Residence" barədə ətraflı məlumatı *1444 qısa nömrəsi və @primehouseazerbaijan rəsmi instagram səhifəsindən əldə etmək mümkündür. 

Daşınmaz əmlak bazarında öndə gedən "Prime House" şirkəti, həmçinin "Narimanov Residence", "Capital Towers Residence", "Lökbatan Residence" və "Qoşa Park" yaşayış komplekslərində mənzillərin rəsmi satış hüququna malikdir.