Koronavirusu sağaldan NADİR KƏŞF - Hələ heç kim bunu tapmayıb

Koronavirus xəstəliyi ağciyərləri ultrabənövşəyi şüalarla dezinfeksiya olunaraq müalicə edilə bilər.

Day.Az xəbər verir ki, bu barədə Rusiya Atom Enerjisi Agentliyinin (Rosatom) məşhur elm mərkəzlərindən biri olan Leypunsk Fizika və Enerji İnstitutunun (FEI) mütəxəssisləri açıqlama yayıb.

FEI-nin müdiri Andrey Qoverdovski bu layihəyə "parlayan qaz" adını verdiklərini bildirib: "İndiyə qədər heç kim insanın daxilini ultrabənövşəyi şüalarla dezinfeksiya etməyi bacarmayıb. Biz bunu necə edə biləcəyimizi tapmışıq".

O bildirib ki, elm adamları tənəffüslə daxil olanda aktiv qala bilən və ciyərlərə birbaşa ultrabənövşəyi şüa əks etdirən molekul və qaz birləşmələri müəyyən edib.

Onun sözlərinə görə, bu metod koronavirusla yanaşı, tuberoskleroz, onkoloji və başqa xəstəliklərin müalicəsində istifadə edilə bilər. (publika.az)