https://news.day.az/azerinews/1302310.html Qarabağa qayıdış Bakıda torpaq və yaşayış binalarının qiymətinə necə təsir edəcək? - Ekspert Məcburi köçkünlərimizin doğma yurdlarına qayıdışı Bakıda yaşayış binalarının və torpaqların qiymətinə təsir etməyəcək. Bunu Day.Az-a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. Ekspert bildirir ki, işğaldan azad olunmuş torpaqlara qayıdış bir neçə il çəkəcək. Orada yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulur.

Qarabağa qayıdış Bakıda torpaq və yaşayış binalarının qiymətinə necə təsir edəcək? - Ekspert

Azərbaycanca, 28 декабря 2020 15:31 (UTC +04:00) 2 412
Qarabağa qayıdış Bakıda torpaq və yaşayış binalarının qiymətinə necə təsir edəcək?

Məcburi köçkünlərimizin doğma yurdlarına qayıdışı Bakıda yaşayış binalarının və torpaqların qiymətinə təsir etməyəcək.

Bunu Day.Az-a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Ekspert bildirir ki, işğaldan azad olunmuş torpaqlara qayıdış bir neçə il çəkəcək. Orada yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulur. Həmin rayonların yenidən qurulmasına həm dövlət, həm də xarici şirkətlər investisiya qoyacaq. Çox adam düşünür ki, Bakıda yaşayan məcburi köçkünlər öz yurdlarına qayıtsa, yaşayış binalarının və torpaqların qiymətləri düşəcək. Bu belə deyil. Çünki rayonlarda torpağın qiymətinin bahalaşıb, ya ucuzlaşacağı Bakının torpaq bazarına və yaşayış binalarının qiymətinə heç bir təsiri yoxdur. Əksinə əmlak bazarında qiymətlər qalxa bilər.

Fərid Zöhrabov

  • Qarabağa qayıdış Bakıda torpaq və yaşayış binalarının qiymətinə necə təsir edəcək?
  • Qarabağa qayıdış Bakıda torpaq və yaşayış binalarının qiymətinə necə təsir edəcək?
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости