Yeni səhmlərin anderraytinqinin 66%-ni “ən gənc” investisiya şirkəti aparıb

Bakı Fond Birjasının üzvlərinin 2021-ci ilin I rübündə səhm emissiyası anderraytinq əməliyyatları həcminə görə göstəriciləri açıqlanıb.

Bazarın yeni iştirakçısı "MFX Trading İ.Ş" ASC-dir. Bunun da əsas səbəbi "Muğan Bank"ın yeni səhm emissiyasının anderraytinqini bu şirkətə tapşırması olub. Bank kapitalını 5 088 268 milyon manat artırmışdı.

Bakı Fond Birjasının üzvlərinin səhm emissiyası ticarətində göstəriciləri, 2021-ci ilin I rübü
Adı Səhm, manatla Bazar payı,%-lə
 "MFX Trading İ.Ş" ASC            5,088,268         65.92
"İnvest-AZ İ.Ş" QSC            1,121,810         14.53
"Paşa Kapital İ.Ş" QSC            1,059,484         13.73
"PSG Kapital İ.Ş" QSC                204,723           2.65
Xalq Kapital İ.Ş" QSC                108,145           1.40
"BTB Kapital İ.Ş" ASC                  83,752           1.09
"AzFinance İ.Ş" QSC                  52,103           0.68
"Unicapital İ.Ş" ASC  -  -
"ABB İnvest İ.Ş"QSC  -  -
CƏMİ            7,718,285      100.00