https://news.day.az/azerinews/1427028.html İngiltərədə 6 milyon insan xəstəxanalarda müalicə üçün növbə gözləyir

İngiltərədə 6 milyon insan xəstəxanalarda müalicə üçün növbə gözləyir

Azərbaycanca, 15 января 2022 09:30 (UTC +04:00) 471
İngiltərədə 6 milyon insan xəstəxanalarda müalicə üçün növbə gözləyir

İngiltərədə 6 milyon insan xəstəxanalarda müalicə üçün növbə gözləyir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Milli Səhiyyə Xidməti xəstəxanalarda müalicə üçün növbə gözləyənlərin sayının ilk dəfə 6 milyona çatdığını açıqlayıb.

Mütəxəssislər Omikron variantının yayılmasından sonra bu rəqəmin daha da yüksələcəyini bildiriblər.

Professor Stiven Povis Omikronun təkcə xəstəxanalara qəbul edilən xəstələrin sayına (gündə orta hesabla 2000-ə yaxın) deyil, həm də kadr çatışmazlığına böyük təzyiq etdiyini söyləyib.

Həmçinin xəstəxanalarda müalicə üçün gözləyənlərdə də rekord gecikmələr olub.

Qeyd edək ki, Britaniyada 1948-ci ildə yaradılan Milli Səhiyyə Sistemi (NHS) ilə ölkədə həkim ziyarətləri və müalicələr pulsuz həyata keçirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости