Yeni dövrün tələblərinə tam cavab verən yenilənmiş Changan CS55 Plus avtomobili artıq Azərbaycanda!

Yeni dövrün tələblərinə tam cavab verən yenilənmiş Changan CS55 Plus avtomobili artıq Azərbaycanda!

19 iyun tarixində Changan CS55 Plus modelinin Azərbaycanda rəsmi təqdimatı baş tutdu. Hər yeni avtomobilinin təqdimatına xüsusi hazırlaşan CHANGAN ailəsi bu dəfə də tədbirə toplaşanları fərqli tanıtım gecəsi ilə sevindirdi.

Yenilənmiş CS55 Plus, 180 at gücü hasil edən 1.5 litr turbo mühərrik ilə seqmentinin ən yaxşı nümunəsidir. Sürücü, ön sərnişin və yan təhlükəsizlik hava yastıqları ilə təmin olunmuşdur. 1.5 L mühərrikli versiyada 7 pilləli avtomatik transmissiyaya malik Changan CS 55 Plus modeli rahat interyer və cəlbedici eksteryerə sahib olmaqla bütün rəqiblərini geridə qoyur.

Avtomobilin ən yüksək təchizatı 43.900 AZN dəyərində təklif olunur. Ümumi eksteryeri  artıq daxili bazarda təqdim olunan Changan Uni-K ilə eynidir: eyni dizaynlı fənərlər, eyni radiator barmaqlığı, spoyler fərqləndirilmişdir. Digər bir fərq, arxa əyləc işıqlarının vahid formada deyil, ayrı olmasıdır. 

Möhürlənmiş çıxıntılı təkər tağları avtomobilə kontrast və aqressivlik verir, kuzovdakı arxa əlavələr isə əksinə, vizual olaraq avtomobili yüngülləşdirir. 

İnteryerə gəldikdə isə istehsalçılar bunun üzərində daha çox işləyiblər. Orijinal qapı üzlüklərini quraşdırılmışdır. Ön oturacaqlar arasındakı mərkəzi tunel iki mərtəbəli edilib. Ön panel köhnə modeldən nəzərəçarpacaq dərəcədə fərqlənir, indi analoq deyil, Lcd alətlər panelidir. Yuvarlaq sükan yastı idman üslublu sükanla əvəz edilmişdir. İstehsalçılar sürücülərin rahatlığını  nəzərə alaraq  interyerə naqilsiz şarj, mühərriki məsafədən işə salma və təkminləşdirilmiş adaptive cruise control funksiyalarını da əlavə etmişdir.

Bütün əsas modellər, hətta daha tanınmış şirkətlərin avtomobillərinə nəzər salsaq, hamısının belə aktiv və passiv təhlükəsizlik elementləri dəsti ilə təchiz olunmadığını görə bilərik. Bu xüsusiyyətə görə avtomobil öz qiymət seqmentində ən yaxşı mövqelərdən birini tutur.

Avtomobili şəxsən canlı şəkildə görmək, bütün özəlliklərini qiymətləndirmək üçün Changan Azəbaycana müraciət edin!

Ətraflı məlumat üçün:

*5544 

https://changan.az/cs-55-plus/

Babək pr., 74