https://news.day.az/azerinews/1487610.html Şabranda yanğının söndürülməsinə amfibiya təyyarəsi cəlb olundu Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir. Fövqəladə Hallar Nazirliyindən Day.Az-a  verilən məlumata görə, hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə nazirliyin Aviasiya dəstəsinin "BE 200 ÇS" amfibiya təyyarəsi də cəlb olunub.

Şabranda yanğının söndürülməsinə amfibiya təyyarəsi cəlb olundu

Azərbaycanca, 16 августа 2022 14:28 (UTC +04:00) 912
Şabranda yanğının söndürülməsinə amfibiya təyyarəsi cəlb olundu

Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a  verilən məlumata görə, hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə nazirliyin Aviasiya dəstəsinin "BE 200 ÇS" amfibiya təyyarəsi də cəlb olunub.

Qeyd edək ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости