https://news.day.az/azerinews/1497418.html Meymunçiçəyinin yeni fəsadları BƏLLİ OLDU Afrika və Amerika həkimləri meymunçiçəyi virusuna yoluxmanın neyrofizioloji fəsadların inkişafına səbəb olduğuna dair sübutlar aşkar ediblər. Day.Az sia-ya istinadən xəbər verir ki, alimlərin tapıntıları "JAMA Neurology" jurnalında dərc olunub.

Meymunçiçəyinin yeni fəsadları BƏLLİ OLDU

Azərbaycanca, 23 сентября 2022 01:30 (UTC +04:00) 715
Meymunçiçəyinin yeni fəsadları BƏLLİ OLDU

Afrika və Amerika həkimləri meymunçiçəyi virusuna yoluxmanın neyrofizioloji fəsadların inkişafına səbəb olduğuna dair sübutlar aşkar ediblər. 

Day.Az sia-ya istinadən xəbər verir ki, alimlərin tapıntıları "JAMA Neurology" jurnalında dərc olunub.

"Afrika, ABŞ və Avropada xəstələr üzərində aparılan müşahidələr göstərir ki, meymunçiçəyi virusu xəstələrdə kifayət qədər tez-tez depressiya, nevropatik ağrılar yaradır. Bəzi hallarda ensefalit, qıcolma və meningitə bənzər simptomlar əmələ gətirir. Bu, beyindəki dəyişiklikləri izləmək zərurətindən xəbər verir", - tədqiqatda vurğulanıb.

ÜST statistikasına görə, sentyabrın əvvəlində yoluxma hallarının ümumi sayı 53 mini keçib. 18 nəfər xəstəlikdən dünyasını dəyişib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости