Nazirlik sentyabr döyüşlərində öldürülən hərbçilərin "Erablur"da dəfn edilməsini istəmir - Erməniləri hiddətləndirən SƏBƏB

Ermənistanda 12-13 sentyabr döyüşlərində öldürülən erməni hərbçilərin sayı və dəfn edilməsi ilə bağlı qalmaqal qalmaqal yaşanır.
Day.Az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyinin öldürülən əsgərlərin valideynlərinə təzyiq göstərdiyi iddia olunur.
Təzyiqlərin səbəbi isə valideynlərin övladlarını "Erablur" hərbi panteonunda dəfn etmək istəməsidir. Hakimiyyət valideynlərin bu istəyinə qarşı çıxır. Bildirilir ki, Nazirlik "Erablur" hərbi panteonunun ərazisini genişləndirmək istəmədiyi üçün ölmüş əsgərlərin valideynlərinə övladlarını həmin məzarlıqda dəfn etməmələri üçün təzyiq göstərir.
Erməni jurnalistlər isə "Heratsi" meyitxanasında hələ də şəxsiyyəti müəyyənləşməyən meyitlərin olduğunu müəyyənləşdiriblər. Media yazır ki, son döyüşlərdə öldürülən erməni hərbçilərin, itkin düşənlərin və əsgir götürülənlərin siyahısı açıqlanmayıb. Qeyd edilir ki, 300 nəfərdən çox hərbçinin ölümünü gizlətmək mümkün deyil və hakimiyyət dəqiq siyahını ictimaiyyətlə bölüşməyə məcburdur.
Elvin Səxavətoğlu
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре