Məhərrəmlik bitdi, toylar başladı: nələr dəyişib?

Məhərrəm ayı bitib, toylar başlayıb.

Ərzaqların bahalaşması fonunda isə şadlıq saraylarında qiymətlər yenidən dəyişib. Belə ki əvvəllər 50 manata olan menyu bu gün 55-60 manata təklifedilir. İnzibatçıların sözlərinə görə, bahalaşmaya əsas səbəblərdən biri ət və ət məhsullarındakı qiymət artımıdır. Bundan başqa digər qidaların bahalaşması da bazara təsir edib.

Day.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, restoran inzibatçıları deyirlər ki, hazırda bazarda rəqabət yüksəkdir. Ona görə qiymətin aşağı salınması üçün proqram və ya menyuda hər-hansı dəyişikliyin edilməsi sərfəli deyil.

Ancaq inzibatçılar əvvəlki illərlə müqayisədə sifarişlər azaldığını bildirirlər. Onların sözlərinə görə, son 20 ildə restoran sistemində bu cür boşluq yaşanmayıb. 

İnzibatçılar qiymətləri suni şəkildə artıranların da az olmadığını deyirlər.