Səadət Yusifova Mədəniyyət nazirinin müavini təyin edildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Səadət Yusifova Mədəniyyət nazirinin müavini təyin edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Səadət Yusifova bu təyinatadək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. 2014-2019-cu illlərdə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb.

Bakı Dövlət Universitetinin və Fransanın Robert Şuman Universitetinin məzunudur.