https://news.day.az/azerinews/1548020.html Azərbaycan ilə Türkiyə arasında tikinti işləri sahəsində əməkdaşlıq protokolu təsdiqləndi - FƏRMAN Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol"un təsdiq edilməsi haqqında fərman imzalayıb.

Azərbaycan ilə Türkiyə arasında tikinti işləri sahəsində əməkdaşlıq protokolu təsdiqləndi - FƏRMAN

Azərbaycanca, 18 марта 2023 18:37 (UTC +04:00) 735
Azərbaycan ilə Türkiyə arasında tikinti işləri sahəsində əməkdaşlıq protokolu təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol"un təsdiq edilməsi haqqında fərman imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alınır:

- 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol" təsdiq edilsin.

- Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости