Avropa Azərbaycan Məktəbi Mart Naharı Qəbulu tədbirində iştirak etdi

Avropa Azərbaycan Məktəbi 2023-cü ilin mart ayında Amerika Azərbaycan Ticarət Palatasının üzvləri üçün təşkil olunan Mart Naharı Qəbulu tədbirində iştirak etdi.

"PASHA Property Management" MMC-nin sponsorluğu ilə təşkil olunmuş naharda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli qonaq kimi çıxış etmişdir. Tədbirdə 140-dan çox yüksək vəzifəli dövlət rəsmisi, diplomatik korpusun nümayəndələri, biznes ictimaiyyətinin yüksək vəzifəli şəxsləri və üzv şirkətlər iştirak edib.

Naharı giriş sözü ilə açan AmCham Azərbaycan-ın icraçı direktoru xanım Gülnarə Aslanbəyli tədbir iştirakçılarını salamladı və qısaca olaraq Palatanın strateji hədəfləri, həyata keçirdiyi layihələr, qarşıda duran plan və tədbirlərə toxundu. AAM-in icraçı direktoru cənab Françesko Bankini də məruzəçi kimi dəvət olunmuş və məktəb haqqında maraqlı təqdimatla çıxış etmişdir.

Tədbir zamanı cənab Bankini AMCHAM üzvlərini 2023-2024-cü tədris ili üçün qarşıdan gələn qəbul haqqında məlumatlandıraraq, onları məktəb icmasına qoşulmağa dəvət etdi.  Belə nüfuzlu təşkilatlarla əlaqələr qurmaq və məktəb icmasının sıralarına yeni üzvləri cəlb etmək məktəb üçün məmnunedici haldır. Bu, məktəbin gələcək vizyonunu paylaşmaq və iş ictimaiyyəti ilə əlaqələr qurmaq üçün böyük bir fürsət idi.

Avropa Azərbaycan Məktəbi hər şagirdə şəfqətli və dəstəkləyici bir mühitdə hörməti, innovasiyaları,yaradıcılığı, mədəniyyətlərarası anlayışı və tənqidi təfəkkürü təşviq edən hərtərəfli və dinamik təhsil fürsəti yaradır. Bu, şagirdlərə sülhsevər və inkluziv cəmiyyət qurucusu ola bilmək üçün ömürboyu öyrənmək əzmində olan, qlobal aləmdə uğur qazanan, öz cəmiyyətinə zəruri və əhəmiyyətli töhfələr verə bilən, refleksiv və başqalarına hörmətlə yanaşan beynəlxalq vətəndaş kimi yetişməyə imkan verir.