https://news.day.az/azerinews/1550747.html Bakıda ticarət dövriyyəsinin həcmi açıqlanıb

Bakıda ticarət dövriyyəsinin həcmi açıqlanıb

Azərbaycanca, 29 марта 2023 20:37 (UTC +04:00) 2 285
Bakıda ticarət dövriyyəsinin həcmi açıqlanıb

2023-cü ilin yanvar-fevral aylarında Bakıda ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 4 milyard 811,0 milyon manat olub.

Bu barədə Day.Az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artaraq 2 milyard 556,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,7 faiz artaraq 2 milyard 254,1 milyon manata bərabər olub.

İstehlak məhsullarının 33,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,7 faizi isə paytaxtın bazar və yarmarkalarında satılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости