https://news.day.az/azerinews/1550856.html Azsaylı xalqların dili ilə bağlı dərsliklər gələn tədris ilindən məktəblərə veriləcək - RƏSMİ I-IV sinifləri üçün "Azsaylı xalqların dili" fənni üzrə hazırlanan dərslik komplektləri növbəti tədris ilində məktəblərə çatdırılacaq. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildiriblər.

Azsaylı xalqların dili ilə bağlı dərsliklər gələn tədris ilindən məktəblərə veriləcək - RƏSMİ

Azərbaycanca, 30 марта 2023 10:56 (UTC +04:00) 2 134
Azsaylı xalqların dili ilə bağlı dərsliklər gələn tədris ilindən məktəblərə veriləcək

I-IV sinifləri üçün "Azsaylı xalqların dili" fənni üzrə hazırlanan dərslik komplektləri növbəti tədris ilində məktəblərə çatdırılacaq.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildiriblər.

Qeyd edək ki, "Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat"ında ümumi təhsil müəssisələrinin I-IV sinifləri üçün "Azsaylı xalqların dili" fənni üzrə dərslik komplektləri hazırlandığı qeyd edilib.

Hazırda I-IV siniflər üçün "Talış dili", "Saxur dili", "Xınalıq dili" və I sinif üçün "Haput dili" dərslik komplektlərinin çapı üzrə işlər aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости