https://news.day.az/azerinews/1551405.html Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb

Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb

Azərbaycanca, 31 марта 2023 19:53 (UTC +04:00) 2 184
Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb

Cari ilin 31 mart tarixində Səfir Polad Bülbüloğlu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.

Bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyindən Day.Az-а bildirilib.

Görüşün əvvəlində M.Qaluzin Rusiya xarici işlər naziri Sergey Lavrovun cari ilin 27-28 fevral tarixlərində səfərinə toxunaraq, göstərilən münasibətə və keçirilmiş dolğun və məhsuldar görüşlərə görə Azərbaycan Respublikasının rəhbərliyinə təşəkkürünü bildirib.

Həmçinin, ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri, iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr, iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının növbəti iclasının, eyni zamanda Rusiyada ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Qarşılıqlı anlaşma şəraitində davam edən görüşdə Səfir Polad Bülbüloğlu gündəlikdə olan və ölkəmizin maraqlarına cavab verən məsələləri qaldırıb, onlarla bağlı Azərbaycanın mövqeyini nazir müavininin diqqətinə çatdırıb.

Bundan əlavə, bir sıra aktual beynəlxalq və regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivləri mövzularına toxunulmuşdur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости