https://news.day.az/azerinews/1564854.html Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək - Nazir açıqladı Bu il 33315 müəllim sertifikatlaşdırma prosessinə cəlb olunub. Day.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə çıxışı zamanı deyib. "60 yaş üstü müəllimlərin sertifikatlaşdırma prosesində iştirak etməmə hüququ var. Lakin iki dəfə uğursuz olduqda əmək müqaviləsinə xitam verilə bilər", - deyə nazir əlavə edib.

Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək - Nazir açıqladı

Azərbaycanca, 16 мая 2023 16:24 (UTC +04:00) 674
Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək

Bu il 33315 müəllim sertifikatlaşdırma prosessinə cəlb olunub.

Day.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə çıxışı zamanı deyib.

"60 yaş üstü müəllimlərin sertifikatlaşdırma prosesində iştirak etməmə hüququ var. Lakin iki dəfə uğursuz olduqda əmək müqaviləsinə xitam verilə bilər", - deyə nazir əlavə edib.

Onun sözlərinə görə, ötən il sertifikasiyada uğursuz olan müəllimlər bu il də uğursuz olsalar, əmək müqavilələrinə xitam veriləcək.

"Ötən il uğursuz olan müəllimlər üçün təlim mərkəzləri təşkil edilib. Lakin həmin mərkəzdə iştirakdan imtina edən müəllimlər var. Onların imtina səbəbləri nazirlik tərəfindən araşdırılır", - deyə nazir qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости