“Obyektlərimin biri Vüsalə xanımın adınadır”

Müğənni Yaşar Cəlilov yeni açıqlaması ilə diqqət çəkib.

Day.Az hit.az-a istinadən bildirir ki, "7 canlı" proqramına qonaq olan ifaçı ona ünvanlanan "Var-dövlətinizi kimə etibar edərdiniz" sualına cavab verərkən prodüseri, aparıcı Vüsalə Kərimovanın adını çəkir.

Yaşar "Obyektlərimin biri Vüsalə xanımın adınadır, ona etibar edirəm" deyərək əlavə edib.

Xatırladaq ki, Vüsalə Kərimova açıqlamalarından birinfdə "Cəlilovun anası Aişə xanımla da iş birliyimiz var. Birgə gözəllik salonu işlədirik" sözlərini söyləyib.

Məlumat üçün bildirək ki, Yaşar Cəlilovun aparıcı Vüsalə Kərimova il ilə 12 illik iş birliyi var.