Qazaxıstan-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə tam şəkildə cavab verir

Əminəm ki, Sizin güclü liderliyinizlə Azərbaycan yüksək məqsədlərini və inkişaf edən dövlət quruculuğu vəzifələrini həyata keçirərək dayanıqlı inkişaf yolunda irəliləməyi davam etdirəcəkdir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözlər Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Prazident İlham Əliyevə ünvanlandığı təbrik məktubunda yer alıb.

Qazaxıstan Prezidenti qeyd edib ki, Azərbaycan bu əlamətdar günü ümummilli birliyə, sosial-iqtisadi inkişafda böyük nailiyyətlərə, beynəlxalq aləmdə yüksək nüfuza malik olan bir dövlət statusunda qarşılayır.

"Keyfiyyətcə yeni məzmunun əlavə olunduğu, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə tam şəkildə cavab verən Qazaxıstan-Azərbaycan əməkdaşlığının yüksək dinamikasını böyük məmnunluqla qeyd edirəm", - deyə məktubda bildirilir.