Avtomobil qiymətləri ilə bağlı

Xaricdən avtomobil idxalı zamanı ultilizizasiya haqqının alınması idxal qiymətinin artımına səbəb olacaq.

Day.Az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliyin müzakirəsi zaman deyib.

O qeyd edib ki, bu, eyni zamanda avtomobil bazarında bahalaşmaya gətirib çıxaracaq. "Tullantıların utilizasiyası ilə avtomobillərin utilizasiyası bir-birindən fərqlidir. Avropa ölkələrində bununla bağlı iki ayrı qanun var. Daha yaxşı olardı ki, bizdə də bu qanun layihəsi ayrıca qanun kimi hazırlanıb təqdim olunsun", - deyə o əlavə edib.

Həmçinin oxuyun: İli köhnə olan avtomobillərlə bağlı AÇIQLAMA

Qeyd edək ki, "İstehsalat və məişət tullantıları haqqında" qanuna təklif edilən dəyişkliyə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödənilir.

Həmçinin oxuyun:  Avtomobilini utilizasiya etdirmək istəyənlərə bu sənədlər lazım olacaq - QANUN DƏYİŞDİ