Prezident Ərdoğanın andiçmə mərasimi üçün xatirə pulu buraxılıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi üçün xatirə pulu buraxılıb.

Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, 1 lirəlik xatirə pulları mərasimdə iştirak edən qonaqlara təqdim edilib.

Qeyd edək ki, bugün yerli vaxtla saat 15:00-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib.

Məlumat üçün bildirək ki, andiçmə mərasimi üçün Azərbaycan, Venesuela, Bolqarıstan, Qabon, Qvineya-Bisau, Cənubi Afrika Respublikası, Monteneqro, Qazaxıstan, Qırğızıstan, Konqo, Kosovo, Şimali Kipr Türk Respublikası, Şimali Makedoniya, Özbəkistan, Ruanda, Seneqal, Somali, Toqo, Türkmənistan, Banqladeş və Qvineyanın dövlət başçıları da Türkiyəyə səfər edib.

Bundan əlavə, mərasimdə Türk Dövlətləri Təşkilatı, NATO və İslam Əməkdaşlıq Təşkilatının baş katibləri daxil olmaqla, ümumilikdə, səkkiz beynəlxalq təşkilatın nümayəndələri iştirak edib.